
Bank qarantiyalarıMüqavİlə öhdəlİklərİnİn yerİnə yetİrilməsİnə zəmanət
CTA ButtonBank qarantiyaları nədir?
Müqavilə bağladığınız zaman tərəfdaşınızın sizə güvənməsi vacibdir. Bank qarantiyası bu inamı möhkəmləndirir: PAŞA Bank sizin adınızdan öhdəliklərin icrasına zəmanət verir. Beləliklə, siz biznesinizin inkişafına fokuslanırsınız, tərəfdaşlarınız isə ödənişlərin və şərtlərin yerinə yetiriləcəyinə əmin olur.

Sizə uyğun bank qarantiyası hansıdır?
Tender təklifi qarantiyası
Satıcının tenderdə verdiyi öhdəliklərə əməl etməsini təmin edir və müqaviləni imzalamaqdan imtina riskini aradan qaldırır.

Ekspress-tender qarantiyası
Tender öhdəliklərinin yerinə yetirilməsinə təminat verir, müqavilənin imzalanmaması riskini azaldır. Girovsuz və müraciət günü təqdim olunur.

İcra qarantiyası
Satıcının müqavilə üzrə malları çatdırmaq və ya xidmətləri icra etmək öhdəliyini Alıcı qarşısında təmin edir.

Avans ödənişinin geri qaytarılması qarantiyası
Satıcı öhdəlikləri yerinə yetirmədikdə, Alıcının əvvəlcədən ödədiyi vəsaitin geri qaytarılmasını təmin edir.

Maliyyə vəsaitlərinin saxlanması qarantiyası
Müqavilə müddətində saxlanılan vəsaitin Satıcıya ödənilməsini təmin edir, icra pozulduqda məbləğ Alıcıya qaytarılır.

Ödəmə qarantiyası
Alıcı tərəfindən çatdırılmış mallar və ya xidmətlərin dəyərinin Satıcıya ödənilməsini təmin edir.

Gömrük və vergi qarantiyası
Sahibkarın vergi və gömrük ödənişləri üzrə öhdəliklərinin icrasına təminat verir.

Kontrqarantiya
Müştərinin ərizəsi əsasında başqa bir bankın Benefisiar xeyrinə qarantiya təqdim etməsini təmin edir.
