Yenilənmə tarixi: 21 May 2026
1. Bankın adi səhmlərinə sahib olan səhmdarların Bank tərəfindən əlavə buraxılan səhmləri satın almaqda üstünlük hüququ vardır. Səhmdarın həmin üstünlük hüququ səhmdarın emissiyadan qabaq Bankda malik olduğu paya mütənasib olaraq tətbiq olunur. Səhmdarlara əlavə emissiya olunmuş səhmlər digər maraqlı alıcılara təklif olunan şərtlərlə eyni şərtlərlə təklif olunmalıdır.
2. Bank səhmlərinin 5 faizinə sahib olan sahmdarlar növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb edə bilərlər.
3. qanunvericiliklə və bu nizamnamə ilə müəyyən edilmiş qaydada bankın idarə edilməsində iştirak etmək, onun idarəetmə orqanlarına seçilmək və seçmək;
4. bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
5. bankın xalis mənfəətindən dividend almaq;
6. bankın fəaliyyətinə xitam verildiyi halda, kreditorların tələblərinin, hesablanmış, lakin ödənilməmiş dividendlərin, həmçinin imtiyazlı səhmlərin ləğvetmə dəyərinin ödənilməsindən sonra qalan Bankın əmlakının müəyyən hissəsini əldə etmək;
7. qanunvericiliklə və bu Nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.