Siyasət və hesabatlılıq

Bankın dividend siyasəti

Yenilənmə tarixi: 21 Yanvar 2026

Dividend Bankın xalis mənfəətinin səhmdarlar arasında onların sahib olduqları səhmlərin sayına mütənasib surətdə bölüşdürülməsi üçün nəzərdə tutulan hissəsidir.

Bank aşağıdakı hallarda dividendin ödənilməsini təmin edir:

  • Bankın maliyyə vəziyyəti stabil və/və ya müsbət qiymətləndirildikdə, həmçinin inkişaf perspektivi olduqda;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dividendin ödənilməsi üçün hər hansı qadağa olmadıqda;
  • Bankın Səhmdarlarının Ümumi Yığıncağının müvafiq qərarı qəbul olunduqda.

Mənfəətin (müvafiq vergilər çıxıldıqdan sonra) və ya onun müəyyən faizinin dividend olaraq ödəniləcək hissəsi müəyyən olunmuş qaydada hesablanır və Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən təsdiq olunur.

Dividendin ödənilməsi barədə Səhmdarların Ümumi Yığıncağı tərəfindən müvafiq qərar qəbul olunmazdan əvvəl, AR Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunaraq dividendlərin ödənilməsi üçün yazılı razılıq alınır.

Səhmdarların Ümumi Yığıncağı tərəfindən fərqli qayda müəyyən edilmədikdə, dividendin ödənilməsi qərarın qəbul olunduğu tarixdən sonrakı 10 iş günündən artıq olmayan müddət ərzində həyata keçirilir.

Mükafatlandırma sisteminin prinsipləri

Yenilənmə tarixi: 2 Fevral 2026

Mükafatlandırma sisteminin yaratdığı stimul Bankın rəqabət qabiliyyətliyinin artırılmasını təmin edir

Risklərin idarə edilməsi və insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsini təmin edir

Bankın uzunmüddətli və davamlı inkişafının təmin edilməsinə yönəldilib.

Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə siyasəti

Yenilənmə tarixi: 9 Fevral 2026

“PAŞA Bank” ASC rüşvətxorluq və korrupsiyanın istənilən formasından imtina prinsipinə ("dözümsüzlük" prinsipi) əməl edir və cəmiyyət daxilində rüşvətxorluq və korrupsiya ilə mübarizə səviyyəsinin yüksəldilməsini təbliğ etməyi öz vəzifəsi hesab edir.
Bankın yüksək biznes nüfuzunun qorunub saxlanılması, potensial rüşvətxorluq və korrupsiya hallarının aşkarlanması və qarşısının alınması ilə əlaqəli prinsip və qaydaların müəyyənləşdirilməsi məqsədilə “PAŞA Bank ASC-nin Rüşvətxorluq və Korrupsiyaya qarşı mübarizə siyasəti” mövcuddur.

Siyasət Bankın bütün işçi heyətinə, şöbə və filiallarına, Bankla işgüzar münasibətlərdə olan və Bankın adından xidmət göstərən şəxslərə və kənar xidmət təminatçılarına, təchizatçılara, onların işçilərinə və biznes tərəfdaşlarına aid edilir.

Komplayns