PAŞA Bank-ın rəhbər heyəti Londonda Bank of New York (BNY) tərəfindən təşkil edilən Strateji Liderlik Sammitində iştirak edib. Strateji dialoqun təşviqi və gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunan tədbir PAŞA Qrup şirkətlərinin rəhbərlərini bir araya gətirib.
Sammitdə PAŞA Holdinq, PAŞA Bank Azərbaycan, PAŞA Bank Gürcüstan, PAŞA Bank Türkiyə, PAŞA Kapital, Bir ekosistem və PASHA Real Estate rəhbərliyi iştirak edib. İştirakçılar maliyyə sektorundakı qlobal dəyişikliklər və inkişaf meyilləri barədə fikir mübadiləsi aparıblar.
“Növbəti üfüqlər: Əlaqəlilik və transformasiya vasitəsilə gələcəyin formalaşdırılması” mövzusuna həsr olunan tədbirdə qlobal makroiqtisadi tendensiyalar, maliyyə sektorunun inkişaf istiqamətləri, süni intellekt, rəqəmsal aktivlər və yeni biznes modelləri müzakirə edilib.





