İndi PAŞA Bank səhmdarı olun

“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində siz bankın səhmdarı ola və onun uzunmüddətli inkişaf strategiyasının bir hissəsinə çevrilə bilərsiniz.

Kampaniyanın müddəti bitibipo
İndi PAŞA Bank səhmdarı olun

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına start verdi. Səhmlər artıq hər kəs üçün açıqdır.

Bank nümayəndələri 13 aprel 2026-cı il tarixində Bakıda keçirilən mətbuat tədbirində bu barədə rəsmi məlumat veriblər. 

Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir. 

İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest, Unicapital və Leobank platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisində mümkündür.